AFFA-dan Yuri Maksimova sərt cəza

AFFA-dan Yuri Maksimova sərt cəza
ÖLKƏ FUTBOLU 25 Aprel 2018 / 13:04 3300
-  A +

AFFA-nın İntizam Komitəsi "Keşlə"nin baş məşqçisi Yuri Maksimovu cəzalandırıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Keşlə” matçının 72-ci dəqiqəsində aqressiv davranışa görə texniki zonadan  kənarlaşdırılan ukraynalı mütəxəssis bu səbəbdən 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Xatırladaq ki, Yuri Maksimov "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalizadəni əvvəlcə itələyib, sonra isə ayağına zərbə endirməyə cəhd göstərib. Bu, Bəxtiyarın rəqib futbolçuya sürüşmə fəndi etdikdən sonra “Keşlə”nin texniki zonasına yaxınlaşdığı vaxt baş verib. Maksimovun hərəkətindən sonra meydanda qısa müddətə ara qarışıb, amma futbolçular hadisələrin daha da böyüməsinə imkan verməyib. Bu hərəkətinə görə baş hakim Əliyar Ağayev Yuri Maksimova qırmızı vərəqə göstərərək onu texniki zonadan uzaqlaşdırıb.


Daha çox


Son xəbərlər