"Ölmüşdük, ancaq indi bir az nəfəs ala bilirik" - Monçi

"Ölmüşdük, ancaq indi bir az nəfəs ala bilirik" - Monçi
GÜNDƏM 25 Aprel 2018 / 10:46 3911
-  A +

"Çətin oyun oldu. Yaxşı oynayacağımıza inanırdıq. Amma yaxşı nəticə əldə etmədik. Son 10 dəqiqəyə qədər hər şey çox pis idi. Bu komandaya hələ də inanıram. "Liverpul" Romaya hər şeyin ola biləcəyini bilərək gedəcək. Onları çox çətin bir matç gözləyir".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın idman direktoru Monçi Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 2:5 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, ilk 20 dəqiqədə yaxşı oyun nümayiş etdirdiklərini vurğulayıb: "Lazım olanları etmişdik. Ancaq sonra üstünlük rəqibə keçdi. Hesab 5:0 ikən ölmüşdük, ancaq indi bir az nəfəs ala bilirik. "Barselona"ya etdiyimizi unutmamalıyıq. Özümüzə güvənməliyik".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord