"Yenə geridönüş edə bilərik" - Di Françesko

"Yenə geridönüş edə bilərik" - Di Françesko
GÜNDƏM 25 Aprel 2018 / 10:13 3650
-  A +

"İlk 20 dəqiqə yaxşı oynadıq. Sonra oyuna nəzarəti rəqibə verdik və çox asan toplar itirdik. Ancaq "Barselona" ilə matç haqda danışmağa davam etməməliyik. Əks təqdirdə, istədiyimizi əldə edə bilmərik".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a 2:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, cavab matçında geridönüş edə biləcəklərini söyləyib: "Barselona" ilə ikinci görüşdən əvvəl şansımızın davam etdiyini demişdim. İndi də eyni şeyi söyləyirəm. Yenə geridönüş edə bilərik. Matçın bəzi bölümlərində komandam özünəinamı itirdi. Bu olmamalıdır".

Di Françesko daha sonra deyib: "Cavab oyununda çox fərqli "Roma" izləyəcəksiniz. Bu görüşdə onların işini asanlaşdırdıq. Ancaq iki matç belə olmayacaq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi