"Əgər yazmaq istəyirsinizsə ki, Salah dünyanın ən yaxşı oyunçusudu, onda yazın"

"Əgər yazmaq istəyirsinizsə ki, Salah dünyanın ən yaxşı oyunçusudu, onda yazın"
GÜNDƏM 25 Aprel 2018 / 09:45 5382
-  A +

"80 dəqiqə mükəmməl oynadıq. Sonra müdafiədə etdiyimiz səhvlə qol buraxdıq. Yanlış penalti qərarı ilə rəqib daha bir qol vurdu. Orada penalti yox idi. Əlbəttə, 5:0 bitsəydi, daha xoşbəxt olardıq. Ancaq 5:2 də əla nəticədir. Bu hesab gözlədiyimdən daha yaxşıdır. Romada yenə qələbə qazanmağa çalışacağıq".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri  "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalında "Roma"ya 5:2 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Barselona" olmadıqlarını söyləyib: "Barselona" dünyanın ən güclü 2-3 klubundan biridir. Onlar çox uğur əldə ediblər, amma biz yox. Qazanmadığımız kuboklar uğrunda yarışacağıq".


"Salah dünyanın ən yaxşı oyunçusudurmu?"

Klopp mətbuat konfransında ona ünvanlanan bu sualı belə cavablandırıb: "Siz hər dəfə nəsə yeni tarix düzəldirsiniz. Əgər yazmaq istəyirsinizsə ki, Salah dünyanın ən yaxşı oyunçusudu, onda yazın. Buna görə sizə mənim sözlərim lazım deyil. O, inanılmaz formadadı, dünya səviyyəli oyunçudur, bu faktdir. Amma dünyanın ən yaxşı futbolçusu olması üçün Salah gələcəkdə də indiki kimi çıxış etməlidir. Bundan başqa, onun rəqabət apardığı futbolçular da əla formadadır. Salah fantastik formadadır və xoşbəxtəm ki, o, bizim komandadadır".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord