“Bavariya”nın heyətində 39 qol vuran Levandovski var”

“Bavariya”nın heyətində 39 qol vuran Levandovski var”
XƏBƏR 25 Aprel 2018 / 01:48 3653
-  A +

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qarşıdurmada tərəflərdən heç birinin favorit olmadığını bildirib:

“Yarımfinalda Çemponlar Liqasında zəngin təcrübəyə malik olan 2 komanda üz-üzə gələcək. Burada favorit yoxdur. “Real” son 2 mövsümdə ÇL-in qalibi olub. Bu, onların üstünlüyüdür. Lakin biz hazırda əla formadayıq.

Bundesliqada çempion olduq, kubokda finala yüksəldik. İndi də bu uğuru davam etdirmək istəyirik.
Ronaldo əla futbolçudur. “Real”ın oyununu analiz edərkən Kriştianonu nəzərə almamaq qeyri-mümkündür. Lakin “Bavariya”nın heyətində 39 qol vuran Levandovski var”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı