“Frans Futbol” İnyestadan üzr istədi

“Frans Futbol” İnyestadan üzr istədi
XƏBƏR 24 Aprel 2018 / 21:10 4591
-  A +

Məşhur “Frans Futbol” nəşri “Barselona”nın futbolçusu Andres İnyestadan üzr istəyib.

Qol.az-ın xəbər verir ki, hər il dünyanın ən yaxşı futbolçusunu “Qızıl Top” mükafatı ilə təltif edən Fransa nəşri ispaniyalı yarımmüdafiəçinin bu mükafatı ala bilməməsinə görə üzrxahlıq edib.

Qəzetin son buraxılışında “Bağışla, İnyesta” adlı məqalə çap etdirilib.

Qeyd edək ki,  İnyesta yalnız bir dəfə - 2010-cu ildə “Qızıl Top” mükafatını almağa yaxın olub. 33 yaşlı futbolçu dünya çempionatında finalda Hollandiyaya həlledici qolu vuraraq komandasını çempion etsə də, həmin il komanda yoldaşı Lionel Messi 1-ci, o isə 2-ci olub.

Son xəbərlər