"Real"a qarşı oynamaya bilər

"Real"a qarşı oynamaya bilər
XƏBƏR 24 Aprel 2018 / 15:56 2244
-  A +

"Bavariya"nın futbolçusu David Alaba Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la ilk oyunu buraxa bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 25 yaşlı müdafiəçi kürəyində problemlər səbəbindən komandasının bugünkü məşqini buraxıb. D.Alabanın Madrid klubuna qarşı görüşdə oynayıb-oynamayacağı ilə bağlı yekun qərarı komandanın baş məşqçisi Yupp Haynkes verəcək.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı