"Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman

"Ronaldonu da Bakıya gətirə bilərik" - Fikrət Orman
ÖLKƏ FUTBOLU 24 Aprel 2018 / 12:28 5367
-  A +

"Real"ın ulduzu Kriştianu Ronaldo gələn il Bakıya gələ bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə "Beşiktaş" klubunun prezidenti Fikrət Orman məlumat verib. 2 gün öncə Azərbaycan "Beşiktaş"lılar Dərnəyi tərəfindən adına təşkil olunan turnirin açılış mərasimi üçün ölkəmizə gələn iş adamı paytaxtımızla bağlı digər layihələrindən də söz açıb. Sentyabr ayında Bakıda "Qarabağ"la yoldaşlıq oyunu keçiriləcəyini bildirən Orman gələn il portuqaliyalı futbolçunu Azərbaycana gətirə biləcəyini istisna etməyib:

"Bu il Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Bu münasibətlə sentyabrda Bakıda yoldaşlıq oyunu keçirəcəyik. Gələn il Ronaldonu da Bakıya gətirə bilərik".

Daha çox


Son xəbərlər