"Qəbələ"nin U-17 komandası çempion oldu

"Qəbələ"nin U-17 komandası çempion oldu
XƏBƏR 23 Aprel 2018 / 18:17 1813
-  A +

“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə ilk titulunu qazanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 17 yaşadək futbolçulardan ibarət komanda AFFA-nın təşkil etdiyi “Bakcell U-17 Liqası”nın çempionu olub. “Qırmızı-qaralar” qızıl medalları 29-cu turda rəsmiləşdirib. Öz meydanında “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Qəbələ” yarışın sonuna 4 tur qalmış çempionluğu təmin edib.

Keçirdiyi 29 matçda 23 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 101 qol vurub, 17-ni buraxıb. 73 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük (1:1, 4:0, 0:1) “qırmızı-qaralar”a 4-cü dəfə U-17 Liqasının çempionluğunu yaşadıb.

Xatırladaq ki, “Qəbələ” 2009/10, 2012/13 və 2014/15 mövsümlərində də bu liqanın qalibi olub. 2010/11, 2013/14 və 2015/16 mövsümlərində isə komanda 2-ci yeri tutub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı