"Mourinyo ilə problemim yoxdur" - Poqba

"Mourinyo ilə problemim yoxdur" -  Poqba
XƏBƏR 23 Aprel 2018 / 16:28 1934
-  A +

“Mənim Mourinyo ilə bir problemim yoxdur. Eləcə də onun mənimlə”.

Qol.az-ın Britaniya mətbutına istinadən yaydığı xəbərə görə, bu sözləri “Mançester Yunayted”in futbolçusu Pol Poqba  deyib.

“Mankunyanlar”dan ayırlacağı haqda iddiaları cavablandıran fransalı yarımmüdafiəçi hələlik bu barədə düşünmədiyini bildirib: “Mourinyo qərar verir, mən isə oyunçu kimi onun qərarı ilə razılaşıram. Hələ ki, “Mançester Yunayted”dəyəm. Yalnız indiki vaxtı düşünürəm”.

Qeyd edək ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə Poqba arasında münaqişə olduğu və bu səbəbdən futbolçunun klubunu dəyişmək istədiyi haqda xəbərlər yayılıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı