"Yuventus" finallarda uduzmağa öyrəşib" - İnsinye

"Yuventus" finallarda uduzmağa öyrəşib" -  İnsinye
XƏBƏR 23 Aprel 2018 / 16:05 4083
-  A +

"Napoli"nin hücumçusu Lorentso İnsinye "Yuventus"u qıcıqlandıracaq açıqlama verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, A Seriyasının 34-cü turunda Turin klubu üzərində səfər qələbəsini şərh edən 26 yaşlı futbolçu "qoca sinyora"nın həlledici oyunlarda uduzmağa vərdiş etdiyini bildirib:

"Yuventus"un futbolçuları oyundan əvvəl bildirmişdilər ki, "Napoli" ilə görüş finala bərabərdir. Hətta qələbə qazanacaqlarına söz vermişdilər. Ancaq məğlub oldular. Görünür, finallarda uduzmağa öyrəşiblər".

Qeyd edək ki, dünən "Napoli" səfərdə "Yuventus"u 1:0 hesabı ilə məğlub edərək, lider olan Turin klubu ilə xal fərqini 1-ə endirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord