“Baş məşqçi əsəbləşibsə, deməli, nəsə görüb” - Rail Məlikov

“Baş məşqçi əsəbləşibsə, deməli, nəsə görüb” -  Rail Məlikov
ÖLKƏ FUTBOLU 23 Aprel 2018 / 01:39 2008
-  A +

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov Topaz Premyer Liqanın 24-cü turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə məğlubiyyəti şərh edib.


- Çempiona qarşı oynadıq. Qarşılaşmaya yaxşı köklənmişdik, amma uduzduq. Rəqibə çox imkan verməsək də, standart vəziyyətdən qol buraxdıq.

- Oyun bitən kimi baş məşqçiniz Samir Abasov hakimlərə hücum çəkdi. Görünür, Ömər Paşayevin qərarlarından narazı qalıb. Hakimliklə bağlı sən nə deyə bilərsən?

- Əvvəllər hakimlər haqda danışmışam. Amma indi nəsə demək istəmirəm. Baş məşqçi əsəbləşibsə, deməli, nəsə görüb.

- Bəs sən özün nəsə gördünmü?

- Görsəm də, bunu açıqlamaq istəmirəm.

- Səncə, bu, “Qarabağ”ın çempionluq matçı olmasaydı, hakim yenə belə idarəçilik edərdi?

- Bu barədə nəsə desəm, doğru olmaz. Çalışırıq ki, xal itirməyək və hədəfimizə doğru gedək. “Qarabağ” üçün nə qədər vacib oyun idisə, bizim üçün də elə idi.

- “Neftçi”nin qələbə qazanması ilə işiniz çətinləşdi. Aradakı xal fərqi 2-yə endi...

- Məncə, işimiz çətinləşmədi. Onlar sadəcə, bizə yaxınlaşdı. Əslində digər komandalara baxmırıq. Öz oyunumuzu oynayırıq. Kiməsə baxsaq, xal itirəcəyik.

- Sanki kubokdakı uğursuzluq komandaya az da olsa təsir edib. Bununla razısan?

- Bu, iki fərqli turnirdir. Onları bir-birinə qatmaq olmaz. Hərəsi üçün ayrıca məşq edib hazırlaşırıq. Ona görə də bir təsiri yoxdur.

- Növbəti turdakı rəqibiniz “Səbail” olacaq. Həmin oyun haqda nə düşünürsən?

- Bundan sonrakı hər matça final kimi çıxacağıq. "Səbail"lə oyun ağır olacaq. İtkisiz çıxmaq istəyirik. Doğma meydan amili də bizə kömək edəcək.

Daha çox


Son xəbərlər