"Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 24-cü turunda evdə "Qəbələ”yə qalib gəldikləri (1:0) oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
T.Əhmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- İki komandanın ifasında maraqlı, məzmunlu oyun izlədik. Gərgin oyun idi. Son 30 dəqiqədə daha çox həyəcan keçirdik. Çalışdığımız qədər yaxşı futbol nümayiş etdirdik. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Turnir cədvəlində mövqeyimizi bir qədər də yaxşılaşdırdıq. Çalışacağıq, bundan sonra da yaxşı nəticələr qazanaq.
- Son vaxtlar əsas müzakirə mövzusu sizin istefa verəcəyinizlə bağlıdır...
- Səhvsiz insan yoxdur. Bəlkə də, kubokun cavab görüşündə mənim taktiki səhvimdən uduzduq. İlk dəfə idi ki, müdafiədən oyun qurdum. Buna görə heyətdə bir neçə dəyişiklik etdim. Bunun da bədəlini ödədim. Mən bu komandaya gələndə cəmi 1 xalı var idi. Qarşıma qoyulan əsas məqsəd komandaya daha yaxşı oyun sərgilətmək, daha yaxşı yer tutmaq idi. Mən gəldikdən sonra daha yaxşı oyun sərgiləməyə başladıq. Bundan sonra çoxlarının iştahı artdı. Avrokubokları tələb etdilər. Ancaq mənim qarşıma belə məqsəd qoyulmamışdı. Qoyulsaydı, başqa strategiya seçərdim. Mənim klubla müqavilə müddətim mayda bitir. Bilmirəm, rəhbərlik yeni müqavilə təklif edəcək, ya yox. İstefadan qorxmuram. Mən mərd insanam. İstefadan söz getmir. Dediyim kimi, onsuz da mayda müqaviləm bitir. Kiməsə mənimlə müqavilə bağlanması ilə bağlı yalvarası deyiləm. Yeni təklif olsa, öz şərtlərimi deyəcəm.
- Avrokuboklara gedə bilməsəz, çəkdiyiniz əziyyətə heyfiniz gəlməyəcək?
- Nə qərar qəbul olunacaqsa, biz də onunla barışmalı olacağıq.
- Roman Qriqorçuk komandasının daha yaxşı oyun sərgilədiyini dedi. O, həmçinin qol buraxdıqları zaman cərimə zərbəsinin düzgün verilmədiyini də bildirdi...
- Bu, onun subyektiv fikridi. Onda mən də deyim ki, hər mübarizədə mənim komandama sarı vərəqə verilirdi. Rəqib 75 dəqiqə heç nə ilə yadda qalmırsa, hakim nə etməli idi? Əlbəttə, meydanda azlıqda qaldıqdan sonra rəqib üstün futbol sərgilədi.
- Demək olar ki, Ruslan Abuşov bu gün kubokdakı səhvini "yudu”?
- Belə deməzdim. Kubokdakı Ruslanın yox, mənim səhvim idi. O, komandanın lideri, kapitanıdır. Tək bu gün yox, o, dəfələrlə komandanı xilas edib. O oyunçu səhv etmir ki, ehtiyat oyunçular skamyasında, mənim yanımda oturur. Meydana çıxan futbolçunun səhv etməsi normaldır.
- Bu gün "Forza Neftçi” yox idi. Bu fanklub komandanı ən çətin dövrlərində dəstəkləyib. Ancaq indi oyuna gəlməmişdilər...
- Bu gün sıravi azarkeşlər komandanı çox yaxşı dəstəklədilər. "Forza”ya da bu günə qədər olduqları dəstəyə görə təşəkkür edirəm. Çalışacağıq ki, bundan sonrakı nəticələrimizlə onların ümidini yenidən doğruldaq. Hər halda, yaxşı gündə olduğu kimi, pis gündə də komandanın yanında olmaq lazımdı.
- Lukas Qomesin sanki meydanda varlığı ilə yoxluğu bilinmirdi... Ümumiyyətlə, o, arzuladığınız hücumçudur?
- Bilmirəm, Qomesin əvvəlki oyunlarına baxmısınız, ya yox. Onun öz oyun tərzi var. Məncə, pis oyun sərgiləmir. Mirabdulla Abbasovun öz yeri var, Qomesin öz. Hər halda, bir hücumçunu da çox yükləmək olmaz.
- Hakimlikdən razı qaldız? Matçın gedişində tez-tez hakimin qərarlarına etiraz edirdiz...
- Mən mübarizənin tərəfdarıyam. Etirazımın səbəbi hakimin tez-tez sarı vərəqə verməsi idi. Hətta qırmızı vərəqə də göstərdi. Belə olanda, özümü saxlaya bilmirəm (sportnet.az).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı