"Qarabağ"ın çempionluğunun bu gün rəsmiləşməsini istəməzdim"

"Qarabağ"ın çempionluğunun bu gün rəsmiləşməsini istəməzdim"
ÖLKƏ FUTBOLU 22 Aprel 2018 / 22:16 2933
-  A +

"Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ancaq heç istəməzdim ki, bu çempionluq bu gün rəsmiləşsin. Bu gün əvvəlki oyunlardan yaxşı oynadıq. Əfsuslar olsun ki, alınmadı. "Qarabağ"a Çempionlar Liqasında bol-bol uğurlar arzulayıram".

Qol.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XXIV turunda "Qarabağ"a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

40 yaşlı mütəxəssis daha sonra sualları cavablandırıb.

- Final fitindən sonra hakimlərə hücum çəkmək cəhdinizin səbəbi nə idi?..

- Kubok oyunundan yığılmış məsələdir Bir-iki hakimimiz var ki, birmənalı qarşılamıram. Ancaq indi danışsam, bizə baha başa gələ bilər. Çempionat bitsin, sonra danışaram.

- "Bəlkə növbəti mövsüm "Sumqayıt”da olmadım” demişdiniz. Buna aydınlıq gətirərdiniz.

- Sumqayıtımı çox istəyirəm. Əlimdən gələni edəcəm ki, qalam. Rəhbərliklə görüşəcəm. Maaş haqda söhbət sonuncu yerdə dayanıb. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm.

- Ölkədə iki ən aqressiv məşqçidən birisiniz. Biri Ayxan Abbasovdur, digəri sizsiniz. Bəlkə aqressiyanıza bir məhdudiyyət qoyasınız?

- Məsləhətinizə görə, təşəkkür edirəm. Uduzmaq istəməyən məşqçidə aqressiya təbiidir.

- Avroliqa şanslarınız necədir?

- Bugünkü oyun məni ümidləndirdi. On günə 4 oyunluq tsikli arxada qoyduq. Cavid İmamverdiyev və Rəşad Eyyubovun ayaqları ağrıyırdı. Bu gün onları qorudum. İnanıram ki, bacaracağıq.

- Qarşıdakı 4 oyunun 3-də evdə oynayacaqsınız. Kənardan təsir hiss etmirsiniz ki, komandanız geriləsin?

- İnanmıram ki, "Qarabağ” çempionluğu təmin etdikdən sonra növbəti turlarda əzmkar oynamasın.

- Bəs, hakimlikdən narahat deyilsiniz?

- Öz meydanımızda oynayacağıq. Heç vaxt kənar amillərdən yararlanmamışıq. Çalışacağıq son 4 oyunda uğurlu çıxış edib ən azı 3-cü pilləni qoruyaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı