"Bu gün mübariz oyun getdi. Xeyli müddət təbii otda məşq edirdik. Ancaq bu gün süni örtükdə oynamalı olduq və bu, çıxışımıza təsir etdi. Buna rəğmən, normal futbol oynadıq".
Bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis bildirib ki, komandası qələbə qazana da bilərdi. Lakin 55-ci dəqiqədən 10 nəfərlə oynamağa məcbur olmaları buna maneçilik törədib: "Şəhriyar Rəhimovun dizində zədəsi vardı. Ancaq əvəzləməm yox idi. Sağ olsun, Şəhriyar kapitan kimi mübarizliyini göstərdi. Zədəli futbolçularımızı sabah müayinə edəcəyik".
Hüseynov futbolçularla yanaşı, özünün də zədələndiyini bildirib: "Elə epizod oldu ki, hirsimi dəmirdən çıxdım. Dəmir əlimi kəsdi".
Baş məşqçi referi narazı qaldığı Ramil Diniyevin ondan sələfi Şahin Diniyevi əvəzləməsinin heyfini çıxması ehtimalını isə inkar edib: "Yox. Sadəcə, baş hakim səhvlərə yol verdi. İstərdim ki, siz jurnalistlər baxıb buna qiymət verəsiniz" (sportnet.az).
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi