"Məni Qriqorçukla üz-üzə qoymaq istəyirlər" - Maksimov

"Məni Qriqorçukla üz-üzə qoymaq istəyirlər" - Maksimov
ÖLKƏ FUTBOLU 22 Aprel 2018 / 15:45 2235
-  A +

"Bu, kubok oyunudur. Finalda əsl döyüş olacaq".

Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Ölkəsinin mətbuatına danışan ukraynalı mütəxəssis Azərbaycan kubokunun finalında “Qəbələ” ilə keçirəcəkləri oyun haqda fikirlərini açıqlayıb. Təcrübəli çalışdırıcı həmvətənlisi Roman Qriqorçukun komandasınının favorit olduğunu bildirib:

“Mənə görə, təbii ki, “Qəbələ” favorit hesab olunur. Şanslar 70-in 30-a rəqibin xeyirinədir. Bundan başqa, hələ əvvəlcədən bilinirdi ki, final oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. Bu, Roman Qriqorçukun komandası üçün əlavə üstünlükdür. Amma final bir oyundan ibarətdir. Titul qazanmaq üçün meydanda var-gücümüzü ortaya qoyacağıq”.

Y. Maksimov “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla münasibətlərindən də danışıb: “Bəzən media aramızda intriqa yaratmaq, bizi üz-üzə qoymaq istəsə də, bizim Qriqorçukla normal münasibətlərimiz var. Əslində isə heç bir problem yoxdur. Biz onunla təkcə burda deyil, çalışdırdığımız digər komandalarda da üz-üzə gəlmişik. Təkrar edirəm, bəzi şeyləri fərqli şəkildə göstərməyə çalışsalar da, hər şey qaydasındadır”.

“Keşlə”nin baş məşqçisi ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə arasındakı qalmaqala da toxunub: “Emosiyaların buna heç bir dəxli yoxdur. Hər şey gözümün qabağında baş verdi. Görünürdü ki, rəqib futbolçu bilərəkdən o cür sürüşmə fəndi etdi. Az qala oyunçumun ayağını qıracaqdı. Bəlkə də meydanda olsaydım, buna belə reaksiya verməzdim. Amma çox kobud hərəkət idi”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi