"Arsenal"ı çalışdırmaqdan qorxmuram" – Toni Adams

"Arsenal"ı çalışdırmaqdan qorxmuram" – Toni Adams
XƏBƏR 22 Aprel 2018 / 14:42 2632
-  A +

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams mövsümün sonunda “Arsenal”dan gedəcəyini açıqlayan Arsen Vengeri əvəzləyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, “Sky Sports”a danışan mütəxəssis bir vaxtlar futbolçu kimi çıxış etdiyi kluba başçılıq etməkdən qorxmadığını söyləyib. Ancaq Adams Vengerin uğurlarını təkrarlamağın asan olmadığını da etiraf edib:

“Arsenal”ı çalışdırmaqdan qorxmuram. Əgər belə bir imkan yaransa, mütləq dəyərləndirərəm. Amma Vengerə çatmaq çətin olar. Qısa vaxt ərzində onun uğurlarını təkrarlamaq asan iş deyil”.

Qeyd edək ki, 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdıran Adams futbolçu karyerası ərzində 19 il "Arsenal"ın əsas komandasında çıxış edib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı