"Çelsi"nin yeni baş məşqçisi də italiyalı ola bilər

"Çelsi"nin yeni baş məşqçisi də italiyalı ola bilər
XƏBƏR 22 Aprel 2018 / 13:50 2878
-  A +

Mövsümün sonunda Antonio Konte ilə yollarını ayırmağa hazırlaşan “Çelsi”də baş məşqçi vəzifəsi üçün daha bir namizəd müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu “Roma”nın italiyalı çalışdırıcısı Eusebio Di Françesko ilə yaxından maraqlanır. “Zadəganlar” Konteni yayda məhz onun həmvətənlisi ilə əvəzləməyi nəzərdən keçirir.

Qeyd edək ki, “Çelsi”nin maraq dairəsində olan digər mütəxəssislər isə “Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsmann və “Haddersfild”in çalışdırıcısı David Vaqnerdir.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı