"Qarabağ" - çempion!

"Qarabağ" - çempion!
PREMYER LİQA 22 Aprel 2018 / 20:52 18408
-  A +

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, 2-ci oyun günündə 3 qarşılaşma keçirilib. Əvvəlcə “Səbail” “Kəpəz”i qəbul edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Digər matçda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Ağdam klubu yarışın başa çatmasına 4 tur qalmış tarixində 6-cı, dalbadal 5-ci dəfə Azərbaycan çempionu olub.

Avrokuboklar uğrunda mübarizə aparan komandalar - "Neftçi" və "Qəbələ"nin matçında meydan sahbləri qalib gəliblər - 1:0.
 
22 aprel (bazar)

19:00. “Sumqayıt” – “Qarabağ” - 0:1
Qol:
Dani Kintana, 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
Sumqayıt Şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ” - 1:0
Qol: Ruslan Abışov, 4
Qırmızı vərəqə: Emin Mahmudov, 63 ("Neftçi" - ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
8-ci km qəsəbə stadionu

17:00. “Səbail” – “Kəpəz” - 1:1
Qol:
Dario Federiko, 19 (0:1) Faruk Miya, 24 (1:1),
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
“Bayıl Arena”


N Klublar O Q H M T-F X
1 Qarabağ 24 18 5 1 34-8 59
2 Qəbələ 24 12 6 6 37-24 42
3 Sumqayıt 24 11 6 7 31-26 39
4 "Neftçi" 24 11 4 9 31-23 37
5 "Zirə" 24 9 8 7 30-26 35
6 Keşlə 24 5 6 13 22:37 21
7 Səbail 24 5 5 14 16:33 20
8 Kəpəz 24 3 4 17 15:39 13

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Stiven Monroz ("Qəbələ") - 7 qol
Riçard Qadze ("Zirə") - 6 qol


Son xəbərlər