“Keşlə”nin qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqanın 24-cü turunun açılış oyununda “Zirə” üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşmanı şərh edib.
-İlk hissədə komanda istənilən kimi oynamadı. Şükürlər olsunki, ikinci hissədə toparlandıq və lazım olan qolları vurub, qələbə qazandıq.
- Sarı vərəqə aldığınız epizodda sanki rəqib futbolçuya toxunuşun yox idi...
- Bəli, rəqibə toxunmamışdım. Komanda yoldaşım ötürməni zəif verdi, gördüm, rəqib topa məndən tez çatacaq. Həmin vaxt fikrim dayanmaq idi. Son da qərarımı dəyişdim və təhlükəni uzaqlaşdırdım. Hakim isə belə qərar verdi. İnsandır, yəqin səhv görüb.
- Həmin epizodda qırmızı vərəqə alacağınızdan qorxmadınız?
- Yox. Futbol qaydaları ilə bağlı UEFA-nın dəyişikliklərini mən də oxuyuram. Həmin epizodda məndən sonra müdafiəçimiz var idi. Digər tərəfdən, rəqib düz qapı istiqamətində getmirdi. Ona görə də qırmızı vərəqə göstərilə bilməzdi.
- “Zirə” fasilədən sonra qələbə qazana bilməyib. Komandanın son vaxtlar pis vəziyyətdə olması bugünki qələbənizdə rol oynadımı?
- Düzdür, “Zirə” son vaxtlar qələbə qazana bilmir. Amma bizim üçün rəqibin fərqi yoxdur. Öz oyunumuzu oynamağa çalışırıq. İlk hisədə istədiyimizi edə bilmədik. Amma ikinci yarıda baş məşqçi müəyyən dəyişikliklərə əl atdı. Bu da komandamıza qələbə qazandırdı. Qazanılan xallar turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq baxımından vacib idi.
- Kubokda finala yüksəldiniz. Buna görə mükafat söz verilibmi?
- Bu barədə söhbət olub, amma hələ heç nə almamışıq. Sabah rəhbərliklə görüşümüz olacaq. Orada hər şeyə aydınlıq gələcək.
- Final oyunu Qəbələdə olacaq...
- Əgər “Keşlə” “İnter Arena”da oynayırsa, ev sahibi sayılır. “Qəbələ” də kubokda ev sahibi olacaq. Lakin final bir oyundan ibarət olacaq. Meydana çıx, savaş, vuruş, oyunu ud. Oyuna kifayət qədər vaxt var. Vaxtı çatanda fikirləşərik. Qarşıda bizi “Neftçi” ilə görüş gözləyir. Həmin matçı düşünürük.
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda