"Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi

"Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi
ÖLKƏ FUTBOLU 21 Aprel 2018 / 18:14 2587
-  A +

"Zirə"nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqanın 24-cü turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- İlk hissə uşaqlar tam da olmasa, onlara verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə isə heç nədən iki qol buraxdıq. Çox çalışsaq da, hesabı xeyrimizə dəyişə bilmədik.

- Ayxan Abbasov həmişə deyirdi ki, qol fürsətləri olsa da, dəyərləndirə bilmirik. Bu oyunda isə qol fürsəti də görmədik...

- Elə deməzdim. İlk hissədə rəqib qapısı qarşısında iki yaxşı fürsətimiz oldu. İkinci hissədə də həmçinin.

- Komanda artıq 10 oyundur ki, qələbəyə həsrətdir. Klub rəhbərliyinin buna münasibəti necədir?

- Rəhbərliklə görüşmüşük. Deyiblər ki, “arxayın olun, arxanızdayıq”. Rəhbərlik bizə inanır.

- Rəhbərliyin sizi arxayın etməsi, komandada arxayınlıq yaratmır ki?

- Rəhbərliyin bizə inanması bizdə önünəinamı daha da artırır. Buna görə, onlara təşəkkür edirəm.

- Komandanın qalib gələ bilməməsində əsas səbəb nədir?

- Qışda komandada bir neçə dəyişiklik oldu. Gələnlər gedən futbolçuların yerini doldura bilmədi. Bunun da rolu az olmadı.

- Elşən Abdullayev ən perspektivli futbolçulardan sayılsa da, “Zirə”də özünü göstərə bilmir...

- Ona inanmışıq. Buna görə komandaya dəvət etmişik. Öz üzərində çalışır. İstək var. Bir az uyğunlaşmayla bağlı problemi var. Ancaq tənbəl deyil. Yeganə problem ondadır ki, oyun baxımından kollektivə uyğunlaşa bilmir.

 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"