"Real"dan Ronaldoya yeni təklif - ilinə 30 milyon avro

"Real"dan Ronaldoya yeni təklif -  ilinə 30 milyon avro
XƏBƏR 21 Aprel 2018 / 13:20 4181
-  A +

Madrid “Real”ı futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi portuqaliyalı hücumçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Ronaldonun bu təklifdən xəbəri var və bunu müsbət qarşılayıb.

Yeni müqavilənin müddəti əvvəlki kimi – 2021-ci ilə qədər olacağı bildirilir. 33 yaşlı futbolçu ilinə 30 milyon avro qazanacaq. Sözləşmənin DÇ-2018-ə qədər imzalanacağı gözlənilir.

Son xəbərlər