"Beşiktaş"ın prezidenti Bakıya gəlir

"Beşiktaş"ın prezidenti Bakıya gəlir
XƏBƏR 21 Aprel 2018 / 11:11 3618
-  A +

"Beşiktaş"ın prezidenti Fikrət Orman paytaxtımıza gəlir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, iş adamı bu gün Azərbaycan “Beşiktaş”lılar Dərnəyi tərəfindən Bakı Tennis Akademiyasında onun adına təşkil olunan turnirin açılışını etmək üçün ölkəmizə təşrif buyuracaq. Ormanın daha sonra Azərbaycandakı “Beşiktaş” azarkeşləri ilə görüşüb söhbət edəcəyi bildirilib.

Klub prezidenti axşam saatlarında isə İstanbula qayıdacaq və komandasının bazar günü “Malatyaspor”la keçirəcəyi Superliqa oyununu stadiondan izləyəcək.


Son xəbərlər