"Sumqayıt" - "Qarabağ" oyununun vaxtı yenə dəyişə bilər - Ramin Musayevdən açıqlama

"Sumqayıt" - "Qarabağ" oyununun vaxtı yenə dəyişə bilər - Ramin Musayevdən açıqlama
ÖLKƏ FUTBOLU 20 Aprel 2018 / 14:51 3243
-  A +

Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqanının 24-cü turunun “Sumqayıt” – “Qarabağ” oyunun vaxtı növbəti dəfə dəyişə bilər.

Bu haqda Qol.az-a PFL prezidenti Ramin Musayev məlumat verib.

Dünən PFL “Sumqayıt” klubunun istəyi ilə aprelin 22-dən, bir gün sonraya – aprelin 23-ü, saat 19.00a- keçirib. Bu halda “CBC Sport” telekanalı “Qarabağ”ın qalib gələrsə, çempion olacağı oyunu yayımlaya bilməyəcək. Çünki PFL-in də istəyi ilə əvvəlcədən nəzərdə tutulduğu, həmin vaxtda başlanacaq digər görüş – “Neftçi” – “Qəbələ” oyunu nümayiş etdiriləcək.

Ramin Musayev yaranmış bu problemdən xəbərdar olduqlarını deyib: “CBC Sport” texniki imkanlarına görə bir gün ərzində iki oyun nümayiş etdirə bilər. Əgər “Sumqayıt” və “Qarabağ” öz aralarında razılığa gəlib bizə müraciət edib matçın axşam saat 9-a keçirilməsini istəsə, biz bununla bağlı qərar verəcəyik. Oyunun erkən – saat 17.00-a təyin olunması isə uyğun deyil. Mən keçən dəfə Sumqayıtda olanda gördüm ki, saat 5-də başlanan matçda azarkeşlər və komandalar istidən necə əziyyət çəkirlər”.

"CBC Sport" kanalından isə Qol.az-a bildirilib ki, "Neftçi" - "Qəbələ" və "Sumqayıt"  - "Qarabağ" matçları canlı yayımlanacaq: "Hər iki oyun eyni saatda başlayacağından və hər iki qarşılaşmaya kifayət qədər böyük maraq olduğundan matçlar paralel yayımlanacaq. Tamaşaçılar eyni zamanda hər iki görüşdən görüntüləri izləyə biləcəklər".

Qeyd edək ki, aprelin 22-də saat 17:00-da "Səbail" - "Kəpəz" matçı da canlı yayımlanacaq.

Daha çox


Son xəbərlər