Məhəmməd Salaha görə oyunların vaxtı dəyişdirildi

Məhəmməd Salaha görə oyunların vaxtı dəyişdirildi
XƏBƏR 20 Aprel 2018 / 14:40 5565
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salaha görə Misir çempionatında oyunların başlama vaxtı dəyişdirilib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, buna səbəb  misirli hücumçunun M.Salahın İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu mükafatı olmasına əsas namizəd olmasıdır.

Bu mükafatın böyük ehtimalla Premyer Liqanın bombardiri M.Salahın qazanacağı gözlənilir. Aprelin 22-də keçiriləcək mükafatlandırma mərasimini misirli azarkeşlərin izləyə bilməsi üçün Misir Futbol Federasiyası bazar günü keçiriləcək oyunların başqa vaxta salınmasına qərar verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı