Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ” finala vəsiqə əldə edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” bununla da 3-cü dəfə həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. Komanda 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1) yarımfinalda mübarizədən kənarlaşdırıb, finalda “Neftçi” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın taleyini bakılıların daha dəqiq olduğu penaltilər seriyası həll edib – 3:2. 2016/17 mövsümündə isə yarımfinalda “İnter”i (3:1, 2:0) keçən “Qəbələ” finalda “Qarabağ”la görüşüb. Ağdam klubu 2 cavabsız qolla kuboka yiyələnib. Özünün 3-cü finalında mayın 28-də “Keşlə” ilə üz-üzə gələcək komandanın “Neftçi” ilə son matçı yubileylərlə də əlamətdar olub.
“Qəbələ” Azərbaycan kubokunda 100-cü qolunu vurub. Bu, cari mövsümün yarımfinal mərhələsinin “Neftçi” ilə səfərdəki cavab matçına təsadüf edib. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın görüşdəki 2-ci qolu klubun tarixinə kubokdakı 100-cü top kimi düşüb. Matçın 30-cu dəqiqəsində dublunu rəsmiləşdirən Baqali Dabo yubiley topunun müəllifi olub. “Bakcell Arena”dakı qarşılaşmayadək keçirdiyi 57 oyunda 98 top vuran “Qəbələ” “Neftçi” ilə görüşdə bu rəqəmi 101-ə çatdırıb. Bunlardan 64-ü evdə, 36-sı səfərdə, 1-i neytral meydanda vurulub.
Baqalinin ilk qolu da yubiley əhəmiyyəti kəsb edib. Hücumçu əvvəlcə “Qəbələ”nin heyətində özünün 25-ci qoluna imza atıb. “Qırmızı-qaralar”ın heyətində 56-cı matçına çıxan Dabo ardınca qol sayını 26-ya çatdırıb. Klub tarixinin 3-cü bombardiri olan hücumçu çempionatda 19, kubokda 4, avrokuboklarda 3 dəfə rəqib qapısına yol tapıb.
Ölkə kubokundakı 58-ci oyun həm də buraxılan 50-ci qolla yadda qalıb. “Neftçi”nin futbolçusu Soni Mustivarın vurduğu top “qırmızı-qaralar”ın qapısında gördüyü 50-ci qoldur. Bunlardan 20-si ev, 26-sı səfər, 1-i neytral meydana təsadüf edib. Ümumilikdə 101 qol vurub, 50-ni buraxan “Qəbələ” həm məhsuldarlığa, həm də fərqə (+51) görə yarışın 7-ci komandasıdır.
“Bakcell Arena”da əldə olunan qələbə kubok tarixində 30-cu uğurdur. “Qırmızı-qaralar” evdə 18, səfərdə 12 qələbə qazanıb. Komanda kubok yarışlarında 30 və daha çox matçda qalib gələn 8-ci komandadır.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol