Lider yenə xal itirdi – birinci divizion

Lider yenə xal itirdi –  birinci divizion
XƏBƏR 19 Aprel 2018 / 18:15 2659
-  A +

Birinci divizionda 24-cü tura start verilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Eyni saatda başlayan görüşlərdə “Mil Muğan” “Zaqatala”, “Şüvəlan” “Qaradağ Lökbatan”la heç-heçəyə razılaşıb. Günün yeganə qələbəsini isə səfərdə “Ağsu”nu məğlub edən MOİK qazanıb.

Qeyd edək ki, turun digər 2 oyunu sabah keçiriləcək.

19 aprel (cümə axşamı)

16:00
. “Mil-Muğan” – “Zaqatala” – 0:0
Hakimlər: Anar Göyçayski, Hüseynxəlil Orucoğlu, Elşad Abdullayev, Emin Nağıbəyov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00

16:00. “Şüvəlan” – “Qaradağ Lökbatan” – 1:1
Qollar:
Mübarək Şaquliyev, 14 (1:0), Ruslan Tağızadə, 71 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
“AZAL Arena”

16:00. “Ağsu” – MOİK – 1:3
Qollar:
Ayaz Mehdiyev, 50 (0:1), Malik Babayev, 59 (1:1), Orxan Həsənov, 82 (1:2), Timur Dadaşov, 90+1 (1:3)
Hakimlər: Nail Nağıyev, Roman Vasilyev, Pərvin Talıbov, Səbuhi Bayramov
Ağsu şəhər stadionu

20 aprel (cümə)

14:00. “Xəzər" – “Binə”
Hakimlər:
Rəhim Həsənov, Rza Məmmədov, İsgəndər Əliyev, Fərid Məmmədov
“İnter Arena”

16:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər
: Orxan Məmmədov, Vaqif Musayev, Vüqar Bayramov, Xəlil Xəlilov
Tovuz şəhər stadionu

Qeyd edək ki, "Qaradağ Lökbatan" 46 xalla liderdir. "Şüvəlan"la "Xəzər" isə 41 xalla 2-3-cü yerləri bölüşür.


Son xəbərlər