Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi - dünya reytinqi

Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi -  dünya reytinqi
ÖLKƏ FUTBOLU 19 Aprel 2018 / 17:58 2973
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın "World Coach Ranking" saytına istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və “Qarabağ”ın baş məşqçisi 1169 xalla 472-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 11 pillə irəliləyib.

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə “Zirə”nin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 972-ci pillədə yer alıb.

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-ci sırada qərarlaşıb. Ayxan Abbasov 10, Roman Qriqorçuk isə 5 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Barselona”nın çalışdırıcısı Ernesto Valverde və “Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.

Daha çox


Son xəbərlər