“Messini vursam, Argentinaya qayıda bilmərəm”

“Messini vursam, Argentinaya qayıda bilmərəm”
XƏBƏR 19 Aprel 2018 / 15:35 6102
-  A +

“Sevilya”nın müdafiəçisi Qabriel Merkado İspaniya Kral Kubokunda “Barselona” ilə keçiriləcək final matçı ilə bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubundakı həmyerlisi Lionel Messi haqda da danışan argentinalı futbolçu ona qarşı diqqətli oynamalı olduğunu bildirib:

“Əgər Messini vursam, Argentinaya qayıda bilmərəm. Heç Leonu qayda pozuntusu ilə də saxlamaq olmaz. Sən arxasınca qaçıb onu izləyirsən, o isə öz oyunundan həzz almağa davam edir. Messi dünyanın ən yaxşısıdır. Bunu müzakirə etmək yersizdir. O, meydanın hər yerindədir. Qol vurur, ötürmə verir. Ona görə də müdafiədə ideal oynamalıyıq. Çünki titul qazanmaq istəyirik və bu istək bizdən əl çəkmir”.

Qeyd edək ki, “Barselona” və “Sevilya” arasında final oyunu aprelin 21-də keçiriləcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord