“Xahiş edəcəm finalın yerini dəyişsinlər” - Fariz Nəcəfov

“Xahiş edəcəm finalın yerini dəyişsinlər”  -   Fariz Nəcəfov
ÖLKƏ FUTBOLU 18 Aprel 2018 / 22:30 4632
-  A +

“Oyun gözlədiyimiz kimi keçdi. Başqa cür də ola bilməzdi. Bilirdik ki, gərginlik, çətinlik olacaq, amma yekunda bizə lazım olanı ala bildik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri matçdan sonra jurnalistlərə müsahibəsində deyib.

- “Qəbələ” ilk oyundakından tam fərqli çıxış etdi.

- İlk oyunda komandamızda gərginlik var idi. Bu gün isə futbolçular daha rahat idi.

- İlk qoldan sonra mərhələ adlayacağınıza inam var idi?

- Mən heç vaxt proqnoz verməyi xoşlamıram. Amma içimdə bir inam var idi. Düşünürdüm ki, “Qəbələ”nin elə-belə təslim olmağı mümkün deyil.

- “Qəbələ” adətən bu cür oyunlarda qalib gəlir, çempionat matçlarında isə uğursuz çıxış edir.

- “Qəbələ”də nə baş verirsə, hamısını analiz edirik. Bircə onu deyə bilərəm ki, ciddi bir problem yoxdur. Səhvlərimizi görürük. Çempionluq əldən getdi, çalışırıq ki, kuboku itirməyək.

- Mətbuatda belə xəbərlar dolaşır ki, “Qəbələ”də 3 aydır maaşlar verilmir.

- Yanlış məlumatdır. Hər yerdə olduğu kimi, bizdə də maaş gecikməsi olur. Amma 3-4 ay söhbəti yalandır.

- Kubokun finalı Qəbələdə olacaq. Bunu sizin üçün əlavə üstünlük hesab etmək olar?

- Finalın Qəbələdə olmasını istəmirdim. Çünki finala çıxacağımıza əmin idik. Xahiş edəcəm ki, mümkündürsə, dəyişsinlər. Amma evdə oynamaq yaxşı olar.

- Bu qələbə çempionatdakı qalan oyunlara necə təsir edəcək?

- Tamam fərqli turnirlərdir. İnanmıram ki, bu nəticə digər oyunlara mənfi və ya müsbət təsir etsin.

- Digər finalçı “Keşlə” haqqında nə deyə bilərsiz?

- Hamının tanıdığı, yaxşı komandadır. Yeni gələn məşqçinin işi göz qabağındadır.

- Hamı “Qəbələ”nin favorit olduğunu düşünür.

- Elə düşünmürəm. Kubok çox fərqli turnirdir.

- Roman Qriqorçukun komandadakı taleyi kubokdan asılı idi?

- Yox. Biz bir turnirə görə məşqçi gətirib, ya da yola salmırıq. Elə bir fikrimiz yoxdur. Yekun qərarı təbii ki, klub prezidenti verəcək.

Daha çox


Son xəbərlər