"Dünya çempionatına gedirəm" - İbrahimoviç

"Dünya çempionatına gedirəm" - İbrahimoviç
DÜNYA FUTBOLU 18 Aprel 2018 / 13:52 3780
-  A +

"Los-Anceles Qelaksi" klubunun hücumçusu Zlatan İbrahimoviç yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, ABŞ telekanallarından birində qonaq olan isveçli futbolçu mundiala gedəcəyini bildirsə də, bu barədə ətraflı məlumat verməyib:

"Dünya çempionatına gedirəm. Çünki mənsiz dünya çempionatı olmaz. Amma artıq heç nə deməyəcəm. Yoxsa insanlar məni asarlar. Bu baxımdan diqqətli olmalıyam".

Qeyd edək ki, İbrahimoviç 2016-cı ildə milli karyerasını başa vurub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı