"Anortosis" Arazı göndərir

"Anortosis" Arazı göndərir
ÖLKƏ FUTBOLU 18 Aprel 2018 / 12:55 6869
-  A +

"Anortosis" klubu "Qəbələ"dən icarəyə götürdüyü Araz Abdullayevi mövsümün sonunda geri qaytaracaq.

Qol.az-ın məlumatına görə, bu barədə Kipr mətbuatı xəbər yayıb. "Goal.philenews.com" saytının yazdığına görə, "Qəbələ"nin 26 yaşlı yarımmüdafiəçi üçün tələb etdiyi 150 min avro təzminat məbləğini çox hesab edən Famaqusta təmsilçisi Arazla yolları ayırmaq qərarına gəlib: "Əminliklə deyə bilərik ki, azərbaycanlı futbolçu yeni mövsümdən "Anortosis"də olmayacaq".

Qeyd edək ki, Araz mövsümün əvvəlindən icarə əsasında Kipr klubunda çıxış edir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı