Əcnəbi futbolçular “Qarabağ” deyib bayram etdilər – Video

Əcnəbi futbolçular “Qarabağ” deyib bayram etdilər – Video
ÖLKƏ FUTBOLU 18 Aprel 2018 / 12:18 5499
-  A +

Avstriyanın Şərq Regional Liqasının (3-cü liqa) növbəti turunda səfərdə səfərdə “Sankt-Polten”ə 4:1 hesabı ilə qalib gələn “Qarabağ Vyana”nın futbolçuları qələbəni bayram ediblər.

Qol.az-ın xəbərinə görə, klubun əcnəbi futbolçuları “Qarabağ” şüari səsləndirməklə mahnı oxuyublar.

Qeyd edək ki, Avstriyada yaşayan bir qrup azərbaycanlı gəncin yaratdığı bu komanda dünənki qələbədən sonra üç pillə irəliləyərək turnir cədvəlində 5-ci yerə yüksəlib.

Mətnin ardı videodan sonra 




“Qarabağ Vyana”nın heyətində Ercan Kara het-trik edib. Digər qolu isə Edin Şalkiç vurub. Bu qələbə ilə onlar xalını 38-ə çatdırıblar və 2-ci liqaya yüksəkmək şanslarını saxlayırlar.

Qeyd edək ki, Avstriya çempionatında 2-ci liqadan daha öndə isə əsas çempionat – birinci bundesliqadır. “Qarabağ Vyana”nın hədəfi gələcəkdə məhz bundesliqaya vəsiqə qazanmaqdır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı