"Azərbaycan millisi son zamanlar sürətlə inkişaf edir"

"Azərbaycan millisi son zamanlar sürətlə inkişaf edir"
GÜNDƏM 18 Aprel 2018 / 10:15 2796
-  A +

"Müsbət cavab üçün AFFA-ya təşəkkür etmək istərdim. Qazaxıstan Futbol Federasiyası ən yaxın oyunumuzu evdə keçirməyimiz üçün maksimum səy göstərdi. Biz öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasındakı ilk görüşümüz Qazaxıstanda olacaq".

Qol.az-ın vesti.kz saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov Azərbaycan millimizlə keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

O bildirib ki, rəqib kimi Azərbaycanı təsadüfən seçməyiblər: "Bu komanda Millətlər Liqasındakı rəqibimiz və ilk turda qarşılaşacağımız Gürcüstanla oxşar oyun nümayiş etdirir. Rəqibi ağılla seçmək lazımdır. Azərbaycan yığması ilə görüş yaxşı sınaq olacaq. Bu komanda son zamanlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı oyun sərgiləyirlər. Bundan başqa, komandanın sükanı arxasında təcrübəli baş məşqçi dayanıb. Bu faktı qeyd etmək lazımdır ki, son illər Azərbaycanda klub futbolu bütün parametrlərdə daha da yaxşılaşıb".


Qeyd edək ki, Qazaxıstan - Azərbaycan görüşü iyunun 5-i keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı