"Keşlə" və "Qəbələ" finalda

"Keşlə" və "Qəbələ" finalda
ÖLKƏ FUTBOLU 18 Aprel 2018 / 21:52 16508
-  A +

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, finalçıların adı müəyyənləşib.

“Sumqayıt” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. İlk matçda 1:0 hesabı ilə qalib gələn "Keşlə" bu nəticə ilə finala adlayıb.

Tarixinin ən böyük uğurunun astanasında olan “Sumqayıt” isə kubokla vidalaşıb.

Digər görüşdə isə “Neftçi” “Qəbələ”ni sınağa çəkib. İlk matçdan səfərdən qələbə ilə qayıdan “ağ-qaralar” sərfəli hesabı qorumağa çalışsalar da, alınmayıb. Son turlar elə də inamlı görünməyən “Qəbələ” 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb. 

Qeyd edək ki, ölkə kubokunun "Qəbələ" və "Keşlə" arasında keçiriləcək finalı mayın 28-də Qəbələdə olacaq.


Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel

20:00. “Neftçi” - "Qəbələ” - 1:3
Qol:
Soni Mustivar, 10, Baqali Dabo, 20 (1:1), 30 (1:2), Cavid Hüseynov, 61-pen. (1:3)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Bakı. "Bakcell Arena”
İlk oyun - 2:1.

17:00. "Sumqayıt” - "Keşlə” - 1:1
Qollar:
Meza Kolli, 62 (0:1), Cavid İmamverdiyev, 64 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
“Kapital Bank Arena”
İlk oyun - 0:1

Daha çox


Son xəbərlər