Ayxan Abbasova verilən sanksiya qüvvəyə mindi

Ayxan Abbasova verilən sanksiya qüvvəyə mindi
ÖLKƏ FUTBOLU 17 Aprel 2018 / 14:34 3110
-  A +

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın 23-cü turunda "Neftçi" ilə oyunun 85-ci dəqiqəsində A. Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb,  klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən A. Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.

 

Daha çox


Son xəbərlər