"Azərbaycan millisi Gürcüstana bənzəyir"

"Azərbaycan millisi Gürcüstana bənzəyir"
XƏBƏR 17 Aprel 2018 / 11:48 2926
-  A +

“Azərbaycanla təxminən eyni səviyyəli komandayıq. Azərbaycan yaxşı sınaqçı rəqibdir".

Qol.az-ın məlumatına görə, bu sözləri  Qazaxıstanın veteran futbolçusu Yusup Şadiyev ölkəsinin mətbuatına açıqlamasında deyib.

Qazaxıstan yığmamızla yoxlama oyunu keçirməsinə münasibət bildirən Y.Şadiyev söyləyib: "Onlar oyun fəlsəfəsi baxımından Qazaxıstanın Millətlər Liqasındakı rəqiblərindən olan Gürcüstana bənzəyir. Latviyanın oyun üslubuna oxşar komandalardan biri ilə qarşılaşmaq da əla olardı. Məsələn, Estoniya, Litva, İsveç və ya Finlandiya ola bilər”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan görüşü iyunun 5-də “Astana Arena”da keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı