Nəhəng klublar bu yarışda - siyahı

Nəhəng klublar bu yarışda - siyahı
XƏBƏR 16 Aprel 2018 / 21:18 7200
-  A +

Beynəlxalq Çempionlar kuboku -2018 turnirinin iştirakçıları müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yayda keçiriləcək yarışda İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyadan ümumilikdə 17 komanda iştirak edəcək.

Bunlar  "Real", "Tottenhem", "Yuventus", "Milan", "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Bavariya", "Çelsi", PSJ, "Arsenal", "Sevilya", "Roma", "İnter", "Borussiya" (Dortmund), "Benfika" və "Atletiko"dur.

Turnir cədvəli aprelin 17-i elan ediləcək. Matçlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək.

Qeyd edək ki, ötən il bu turnirin kubokunu "Barselona" qazanıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı