Bu qol Ronaldonun aşırma zərbəsini qabaqladı - Video

Bu qol Ronaldonun aşırma zərbəsini qabaqladı - <b style="color:red"> Video</b>
VİDEO 16 Aprel 2018 / 18:04 6597
-  A +

Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı qolu seçilib.

Qol.az-ın xəbərinə görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən,  "Liverpul" futbolçusu Məhəmməd Salahın "Mançester Siti" ilə cavab oyunundan (2:1) vurduğu qol həftənin ən yaxşısı olub. Misirili yarımmüdafiəçi 39 faiz səs toplayıb.

"Real"ın hücumçusu Kriştiano Ronaldonun "Yuventus"la ilk oyunda aşırma zərbəsi ilə vurduğu qol 30 faiz səslə 2-ci olub. "Liverpul"un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenin "Mançester Siti”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol isə 14 faiz səslə 3-cü olub.



 

Daha çox


Son xəbərlər