"Biz nə hayda, camaat nə hayda!" - "Qəbələ"dən Samir Abasov açıqlaması

"Biz nə hayda, camaat nə hayda!" - "Qəbələ"dən Samir Abasov açıqlaması
ÖLKƏ FUTBOLU 16 Aprel 2018 / 14:31 5392
-  A +

Son vaxtlar uğurlu çıxışları ilə diqqət çəkən "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun yeni mövsümdən "Qəbələ"ni çalışdıracağı ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə onun qış fasiləsindən sonra uğursuz çıxış edən "Qəbələ"də Roman Qriqorçuku əvəzəyəcəyi bildirilir.

Klubun baş meneceri Zaur Əzizov məsələ ilə bağlı Qol.az-a açıqlama verib.

Yayılan xəbərləri təkzib edən klub rəsmisi bu haqda düşünmədiklərini bildirib: "Bu, futbolda adi haldır. Media bir qədər uğurlu çıxış edən komandanın baş məşqçisini daha iddialı komandaya, uğursuz çıxış edən komandanın baş məşqçisini isə istefaya "göndərir". Biz nə hayda, camaat nə hayda! Qarşıdan mövsümün ən vacib oyunu – “Neftçi” ilə kubok matçı gəlir. Ona görə də belə şeyləri fikirləşmirik. Buna heç vaxtımız da yoxdur. Biz bu mövsümü maksimum uğurlu şəkildə bitirməyi düşünürük".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı