PSJ çempionluğu rəsmiləşdirdi - tarixdə 7-ci dəfə

PSJ çempionluğu rəsmiləşdirdi -  tarixdə 7-ci dəfə
GÜNDƏM 16 Aprel 2018 / 01:07 4030
-  A +

Fransa çempionatında 2017/18 mövsümünün çempionu bəlli olub.

Qol.az-ın məlumatına görə, 33-cü tur çərçivəsində PSJ öz meydannda “Monako”nu 7:1 hesabı ilə məğlub edib. Bununla da Paris klubu sona 5 tur qalmış çempionluğu təmin edib.

Komanda hazırda ən yaxın izləyicisi “Monako”nu 17 xal qabaqlayır ki, 5 tur ərzində bu fərqin aradan qalxması qeyri-mümkündür.

1 illik fasilədən sonra yenidən qızıl medallara qovuşan Emerinin komandası ümumilikdə 7-ci dəfə Fransa çempionu olub - 1985/86, 1993/94, 2012/13, 2013/14, 2014/15, 2015/16.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı