"Uduzmaq istəməzdik. Gözləmədiyimiz məğlubiyyət oldu. Oyuna yaxşı başlasaq da, penalti, daha sonra isə qırmızı vərəqə bütün planlarımızı pozdu. İrəli atıldıq və bunun acısını çəkdik. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Bu klub mənə doğmadı. Birinci diviziondan burda çalışıram. Klub rəhbərliyi ilə görüşəcəyəm. Bundan sonra gələcək planlarımızı müəyyənləşdirəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 23-cü turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
O, azarkeşlərlə arasında baş verən qalmaqala da toxunub:
- Onları başa düşürəm. Hər dəfə gəlirlər. Bu gün 70-ci dəqiqədən sonra “istefa” qışqırdılar. Qırmızı vərəqə alsaq da, hücumları davam etdirdik. Sadəcə, onlara dedim ki, uşaqlara dəstək lazımdır. Mən istefa verməkdən qorxmuram. Dediyim kimi, bu klub mənə doğmadır. Klubun gələcəyi üçün nə xeyirlidisə, o da olmalıdır.
- Məğlubiyyətdə qırmızı vərəqə nə dərəcədə rol oynadı?
- Əlbəttə, müəyyən rolu oldu. Fasilədə sarı vərəqəsi olan futbolçulara ehtiyatlı olmağı tövsiyə etmişdim. Görünür, Urdinovu əvəzləməli idim.
- İkinci hissədə “Neftçi”nin qapısı qarşısında qarışıqlıq oldu. Orada “Zirə”nin futbolçusu yerdə qaldı. Penalti olması şübhəsi yarandı. Həmin epizod barədə nə deyə bilərsiniz?
- Mənə də penalti kimi göründü. Hətta həmin epizoddan öncə sanki top rəqib müdafiəçinin əlinə dəymişdi, Lakin indi təkrara baxmadan dəqiq bir şey deyə bilmərəm.
- “Zirə”nin 7 futbolçusu zədəlidir. Bunun komandanın nəticələrinə təsiri nə qədərdir? Zədələr komandanın süni örtükdə oynaması ilə bağlı deyil ki?
- Bu gün “Zirə”də 7 futbolçunun olmaması böyük itkidir. Lakin mən deyəndə, bu, bəraət kimi görünür. Siz sual verdiniz deyə, bu barədə danışıram. Bu oyunçulardan heç də hamısının zədəsi ot örtüyü ilə bağlı deyil. Ancaq meydança amili də müəyyən rol oynayır. Lakin bu, əsas səbəb deyil.
Liderdən qələbə
"Bavariya"nın futbolçusu zədələndi
Nani ABŞ klubunda - rəsmi
ÇL-də daha iki oyuna hakim təyinatları
"Liverpul"da ciddi itki
Almeydanın "Qarabağ"da 51-ci qolu - 316 gündən sonra
UEFA Əliyarı VAR-la bağlı yarışa çağırdı
Ərəb şahzadəsindən "Mançester Yunayted"ə 4,9 milyard
AFFA millimizin rəqibini açıqladı - martın 25-i...
"Yuventus"dan İkardi açıqlaması
De Xeaya fantastik təklif
“Qalatasaray”a qol vuran "Benfika"lı cavab oyununu buraxacaq
Millimizin rəqibi Gürcüstanla qarşılaşacaq
Stadionlarımız niyə boş qalıb? – mütəxəssislər danışır
Rayan Giqqz millimizin yer aldığı qrupu dəyərləndirdi
"Fransada işləyə bilərəm" - Mourinyo
Millimiz rəqib tapa bilmir
Yığmamızın üzvü Latviya klubunda
Riberi və Boatenq Liverpula aparılmadı
Birinci divizionda hakim təyinatları
Premyer Liqamızda 18-ci turun hakimləri açıqlandı
"Mançester Yunayted" Lukakunu göndərir
Rafael Ağayevdən bürünc medal