"Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq” – Samir Əliyev

"Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq” – Samir Əliyev
ÖLKƏ FUTBOLU 15 Aprel 2018 / 20:08 2410
-  A +

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 23-cü turunda "Qəbələ"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib.

Gənc mütəxəssis öncə matçı dəyərləndirib.

- İki fərqli hissə oldu. İlk hissədə daha yaxşı oynadıq. Rəqib ikinci hissədə sistemi dəyişdi. Bu da başadüşüləndir. Bilirdik ki,"Qəbələ"nin qələbəyə ehtiyacı var. Ən azından uduzmamağa çalışırdıq. Düzdü, hesabda öndə olduq. Ancaq bundan sonra qol imkanlarımızdan istifadə edə bilmədik. Son 30 dəqiqədə rəqib güclü təzyiq etdi  və sonda qol vurdu. Bu 1 xal da bizim üçün yaxşı nəticədi.

- Mövsümün ikinci yarısında "Qəbələ"yə uduzmadınız. "Qarabağ"a və digər güclü komandalara qarşı inamlı təsir bağışladınız. Mübariz komanda formalaşdırmısınız. Gələcəklə bağlı hədəfiniz necədi?

- Bu yaxında rəhbərliklə görüşümüz oldu. Gələcək planlarla bağlı söhbətləşdik. Düzdü, hələ 5 tur var. Ancaq iniddən gələcək üçün planlar qururuq. "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq.

- Bu 1 xalı özünüz üçün ad günü hədiyyəsi sayırsınız?

- Açığı, matçdan əvvəl elə bir söhbətimiz olmamışdı. Əlbəttə, qələbə olsa, daha yaxşı idi. Ancaq bizim üçün hər xal vacibdi. Qalan 5 oyundan 4-nü evdə, sintetik qazonda oynayacağıq, Çalışacağıq ki, bu matçlarda xal ehtiyatımızı xeyli artıraq. 

- Qapıda gözlənilmədən Elxan Əhmədova şans verdiniz. Ehtiyatda qalan təcrübəsiz qapıçının yaxşı oyunu ona gələn matçlarda da şans verməklə bağlı sizdə fikir formalaşdırdımı?

- Elxanı komandaya götürəndə potensialını bilirdik. Sadəcə, əsas heyətə qoymaqla bağlı tərəddüd edirdik. Əhmədov yaxşı çıxışıyla sübut etdi ki, əsas qapıçımız Emil Baıayevdən geri qalmır. Gələcəkdə hər ikisinə şans verməyi düşünürük (sport24.az).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi