“Belə oynasaq, finala çıxa bilərik” – Qriqorçuk

“Belə oynasaq, finala çıxa bilərik” – Qriqorçuk
ÖLKƏ FUTBOLU 15 Aprel 2018 / 19:34 3828
-  A +

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 23-сц turunda "Səbail"lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Qol.az sport24.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyun haqda düşüncələrini bölüşüb.

 - Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdır. Yaxşı odur ki, ikinci 45 dəqiqədə öz oyunumuzu oynadıq. Bunu görərək tam əminəm ki, belə oynasaq, finala keçə bilərik.

- İlk hissədə niyə belə yaxşı oynamadınız?

- Analiz var və bunu futbolçulara deyəcəyik. Özümüzə gəldik, aqressiv, sürətli oynadıq. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardır. Bu, mənim üçün vacibdir və ümidləndirir.

- Son oyunlara əsasən belə demək olar ki, komandada qələbə ruhu ölüb...

- Bəli, tam razıyam. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odur ki, futbolçular toparlana bildilər və oyunlarıyla finala çıxmaq ümidi verdilər.

 - Azarkeşlər sizə böyük mütəxəssis kimi çox inanırlar. Bunu Avropa Liqası cavab matçlarında görmüşük. "Neftçi"ylə cavab qarşılaşmasında azarkeşlər sizdən qələbə gözləyir...

- İlk növbədə xoş sözlərə görə minnətdaram. Tüklərim biz-biz oldu. Məni xoş xatirələrə apardınız. Mənim üçün finala çıxmaq vacibdir. Bunun üçün hər şey edəcəyəm.

Daha çox


Son xəbərlər