Zidandan penalti epizodu ilə bağlı açıqlama

Zidandan penalti epizodu ilə bağlı açıqlama
XƏBƏR 15 Aprel 2018 / 00:15 7684
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la cavab oyununda rəqib qapısına təyin olunan penalti epizodu ilə bağlı açıqlama verib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis  bu qərarın soyğunçuluq kimi qiymətləndirilməsinə əsəbiləşdiyini söyləyib: " Uğurlarımıza təəssüflənən insanlar var, amma bu klubun tarixini heç kim dəyişdirə bilməz. Dünyanın ən böyük klubundan danışırıq. Buna görə də paxıllıq edənlər olur".

Zidan bildirib ki, penalti qərarı ilə bağlı mübahisələrin olması normaldır: "Amma bəzi sözlər daha artıq olmağa başladı. Şübhəsiz ki, biz  növbəti mərhələyə yüksəlməyə layiqik".

Xatırladaq ki, 90+3-cü dəqiqədə “Yuventus”un qapısına penalti təyin edilib. "Real" penaltini dəqiq yerinə yetirib və iki oyunun nəticəsinə əsasən (1:3, 3:0) yarımfinala vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı