"Danışıqlar apardığımız futbolçular var" - Qurban Qurbanov

"Danışıqlar apardığımız futbolçular var" - <b style="color:red">Qurban Qurbanov</b>
ÖLKƏ FUTBOLU 14 Aprel 2018 / 18:35 6168
-  A +

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalislərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son matçlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn görüşlərdə uğurlar arzulayıram.

- Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədir?

- Yaxşı formada olmadığından onu iştirak ərizəsinə salmağı lazım bilmədim.

- Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?

- O, son vaxtlar yaxşı təsir bağışlayır. Qol vurmasına sevindim. Lakin bu, hələ heç nə deyil. Elə epizodlar var ki, həmin epizodalarda daha yaxşı oynamalıdır.

- Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb...

- O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.

- Artıq ən yaxın izləycinizi bir xeyli qabaqlayırsınız. Bu, gələcək oyunlarda motivasiya cəhətdən çətinlik törətməyəcək ki?

- Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir, Ramil oyunlara yaxşı köklənməlidilər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.

- Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib.

- Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.

- Sanki komandada Ndlovunun yeri görünür.

- Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odur ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiyim hamı komandadadır.

- Yayda hansı mövqeni gücləndirmək istəyirsiniz?

- Açıq deyim, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelər üzrə danışıqlar apardığımız futbolçular var.

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu