İngiltərə “VAR”a “Yox” dedi

İngiltərə “VAR”a “Yox” dedi
DÜNYA FUTBOLU 13 Aprel 2018 / 17:59 4834
-  A +

İngiltərə Premyer Liqasında 2018/2019 mövsümdə VAR (video assistant referee – video köməkçi hakim) sistemindən istifadə olunmayacaq.

Qol.az-ın Britaniya mətbuatına istiandən yaydığı xəbərə görə, VAR sisteminin növbəti mövsüm tətbiqi üçün Premyer Liqada yarışan 20 klub arasında keçirilən səsvermədə lazım olan minimum 14  səs toplanmayıb. Klub rəsmiləri bu texnologiyanın gələcək üçün daha da inkişaf etdirilməsini və xeyli testdən keçməsinin tərəfindədir.

Qeyd edək ki, İngiltərə kuboku və İngiltərə Liqa Kubokunda növbəti mövsüm bu sistem test kimi istifadə ediləcək.


Son xəbərlər