Ay Billiat, gəl çıx də!

Ay Billiat, gəl çıx də!
ÖLKƏ FUTBOLU 13 Aprel 2018 / 16:05 8455
-  A +

“Billiat bir çox klubdan dəvət alıb. Ona Belçika, Səudiyyə Ərəbistanı, Çin, ABŞ-dan və Azərbaycanın “Qarabağ” klubundan təklif  var”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Zimbabve mətbuatına açıqlamasında “Mamelodi Sundaunz” klubunun hücumçusu Xama Billiatın meneceri Mayk Nqobeni deyib.

Futbolçusunun gələcəyi ilə bağlı danışan agent “Qarabağ”dan təklif aldıqlarını təsdiqləsə də, hələ heç bir klubla anlaşmadıqlarını bildirib:

“Hə, Billiat mövsümün sonunda hazırkı klubundan ayrılacaq. O, karyerasını ölkə xaricində davam etdirmək istəyir. Çünki artıq Cənubi Afrikada bütün titulları qazanıb. Amma biz hələ heç kimlə ilkin razılıq əldə etməmişik. Nə də ki, müqavilə imzalamışıq. Tez-tələsik qərar qəbul etmək istəmirik. Gəlin, Xamaya “Sandaunz”dakı son mövsümünü yüksək səviyyədə bitirməyə imkan yaradaq”.

Qeyd edək ki, Billiatın bir neçə aydır “Qarabağ”a transfer olacağı ilə bağlı xəbərlər dolaşır.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki