“Səni neçəyə alıblar, Madrid küçüyü?” - Buffon

“Səni neçəyə alıblar, Madrid küçüyü?” - Buffon
GÜNDƏM 13 Aprel 2018 / 14:44 11089
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffonun “Real”la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında meydandan hansı sözlərə görə qovulması məlum olub.

Qol.az İspaniya KİV-lərinə istinadən yaydığı xəbər verir ki, 90+3-cü dəqiqəqə qırmızı vərəqə alarkən ingiltərə hakim Maykl Oliverin ünvanına təhqiramiz sözlər işlədib. Buffonun konkret olaraq hakimə “səni neçəyə alıblar, Madrid küçüyü?” dediyi iddia olunur.

Xatırladaq ki, 90+3-cü dəqiqədə Buffona qırmızı vərəqə göstərilməklə yanaşı 3:0 hesabı ilə irəlidə olarkən “Yuventus”un qapısına penalti təyin edilib. Meydan sahibləri penaltini dəqiq yerinə yetirib və iki oyunun nəticəsinə əsasən (1:3, 3:0) yarımfinala vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər