UEFA-nın yeni reytinqi - klublarımız neçəncidir?

UEFA-nın yeni reytinqi -  klublarımız neçəncidir?
GÜNDƏM 13 Aprel 2018 / 12:28 3902
-  A +

Avroliqanın 1/4 final mərhələsinin cavab oyunlarından sonra klubların yeni reytinq siyahısını açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, klublarımızdan ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın mövqeyi dəyişməyib.

Ağdam klubu 20.500 xalla BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) birgə 73-ci pilləyə şərikdir.

Digər klublarımızın da mövqeyi dəyişməz qalıb. “Qəbələ” aktivindəki 5.250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.825 xalla 244-256-cı yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahıya 153,000 xala malik “Real” başçılıq edir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı